İlham Əliyev Fransaya işgüzar səfərə yola düşmüşdür

17 sentyabr 2012, 11:30
İlham Əliyev Fransaya işgüzar səfərə yola düşmüşdür

Prezident İlham Əliyev Fransa Respublikasına işgüzar səfərə yola düşmüşdür.

Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.