14 sentyabr 2012, 09:30

İsmayıl İmamovdan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident!

Ramil Səfərovun əfv edilməsi haqqında bütün Azərbaycan xalqına, habelə dünya azərbaycanlılarına sevinc bəxş edən 31avqust 2012-ci il tarixli Sərəncamınız bizim göz yaşları içində sevincimizə səbəb oldu. Belə ki, həmin Sərəncam Sizin Azərbaycan zabitinə və Vətən torpağına olan hədsiz məhəbbətinizin nəticəsidir. Siz bu hərəkətinizlə bir daha bütün dünyaya nümayiş etdirdiniz ki, Azərbaycan heç vaxt öz vətəndaşını, öz əsgərini diqqətdən kənar qoymayıb və qoymayacaqdır.

Çox sağ olun, yaşasın cənab Prezident İ.H.Əliyev! Yaşasın Azərbaycan!

Hörmətlə,

İsmayıl İmamov.
Azərbaycan Respublikası, Şəki şəhəri.