11 sentyabr 2012, 10:20

Tariyel Abbasovdan, Goranboy, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Sizi düşmən qarşısında məğrur dayanan Tapqaraqoyunlu kəndindən salamlayıram. Xalqımızı və bayrağımızı təhqir edən erməninin cavabını verdiyi üçün Macarıstanda ömürlük həbs edilmiş zabitimiz Ramil Səfərovun Azərbaycana ekstradisiya olunaraq dərhal əfv edilməsi xəbəri biz kənd sakinlərini ikiqat sevindirdi. Çünki bu həm erməni lobbiçiliyinə ağır zərbədir, həm də Sizin hər bir Azərbaycanlının Prezidenti olduğunuzun bariz nümunəsidir. Sizin səyinizlə əldə olunan bu böyük uğura, qələbəyə görə Sizə kənd sakinlərinin sonsuz ehtiramını çatdırır, minnətdarlığımızı bildirirəm.

Tapqaraqoyunlu kəndinin sakinləri adından dərin hörmətlə,

Abbasov Tariyel Sarı oğlu, təqaüdçü.

Azərbaycan Respublikası, Goranboy rayonu.