13 sentyabr 2012, 09:05

Füzuli Həsənovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi Binəqədi rayon şöbəsinin ailələri adından Ramil Səfərovun azadlığa buraxılması münasibəti ilə Sizə dərin təşəkkürümüzü bildiririk. Bizim üçün Vətəninə olan sevgisini onun şərəfini yüksəltməklə, dövlətimizin rəmzi olan bayrağımızı uca tutmaqla sübut edən hər bir Azərbaycan oğlu əziz və doğmadır. Bu qayğıya və diqqətə görə bütün Milli Qəhrəmanların ailə üzvləri adından Sizə minnətdarıq.

Dərin hörmətlə,

Həsənov Füzuli Yaqub oğlu,

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi Binəqədi rayon şöbəsinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.