13 sentyabr 2012, 09:15

N.Hüseynov adına Alpoud kənd orta məktəbinin kollektivindən, Bərdə, Azərbaycan

Hörmətli cənab Prezident!

Xalqımızın igid, yenilməz, mübariz oğlu Ramil Səfərovun Azərbaycana gətirilməsi və onu dərhal əfv etməyiniz xalqımızın 8 il gözlədiyi xoş xəbər oldu və hamıya sonsuz sevinc bəxş etdi. Azərbaycanın belə cəsur övladları onun qürur mənbəyidir. Ramil Səfərova verdiyiniz yüksək qiymətə görə kollektivimiz Sizə sonsuz minnətdarlığını bildirir. Allah Sizi qorusun!
N.Hüseynov adına Alpoud kənd orta məktəbinin kollektivi adından hörmətlə,

Mirzəyeva A. məktəbin direktoru, HüseynovaT., Əliyeva S., Heydərova N., Rəhimova N., Quluyeva M.
Azərbaycan Respublikası, Bərdə rayonu.