11 sentyabr 2012, 11:30

Eldar Əsgərovdan, Gəncə, Azərbaycan

Zati-aliləri, çox hörmətli cənab Prezident!

Sizin Azərbaycanın cəsur və mərd hərbiçisi, xalqımızın rəşadətli, qeyrət rəmzi olan Ramil Səfərov haqqında imzaladığınız qətiyyətli Sərəncam bütün Azərbaycan vətəndaşları kimi biz təhsil işçilərini də olduqca sevindirdi və buna görə Gəncə texniki kollecinin pedaqoji kollektivi adından Sizə öz dərin təşəkkürümüzü bildirir, Sizə möhkəm cansağlığı, apardığınız uğurlu işlərdə müvəffəqiyyətlər arzu edirik.

Ulu Tanrı Sizi qorusun!

Gəncə texniki kollecinin kollektivi adından hörmətlə,
E.İ.Əsgərov.

Azərbaycan Respublikası, Gəncə şəhəri.