12 sentyabr 2012, 12:20

Aynurə Suridən, Bakı, Azərbaycan

Möhtərəm Prezident!

Milli Ordumuzun zabiti, Macarıstanda həbsdə olan Ramil Səfərovun səkkiz ildən sonra Azərbaycana ekstradisiya edilməsi və tərəfinizdən əfv olunması bir vətəndaş kimi məni çox sevindirdi. Bu, Azərbaycan dövlətinin xalqına olan qayğısının göstəricisidir. Siz bir daha sübut etdiniz ki, Azərbaycan dövləti öz vətəndaşına sahib çıxmağı bacarır. Əsasını ulu öndərimiz Heydər Əliyevin qoyduğu siyasi kursu uğurla davam etdirirsiniz. Ramil Səfərov məsələsində göstərdiyiniz qətiyyət xalqımızın Sizə, Ali Baş Komandana və Milli Ordumuza inamı daha da gücləndirdi. Bu, məni çox qürurlandırdı. Buna görə Sizə dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm. İnanıram ki, Azərbaycan dövləti Sizin rəhbərliyinizlə böyük uğurlara imza atacaqdır.

Dərin hörmətlə,

Suri Aynurə Qəzənfər qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.