12 sentyabr 2012, 12:10

Marif Əbdürrəhmanov, Şəki, Azərbaycan

Cənab Prezident!

Ramil Səfərovun azadlığa çıxmasındakı böyük dəyanətinizə, qətiyyətinizə, bütün çətinliklərə sinə gərərək əsl vətənpərvərlik nümunəsi göstərdiyinizə və Şəki əhalisi ilə görüşünüz zamanı ürəyimizdən keçən bütün sualları ətraflı cavablandırdığınıza görə Sizə, ailə üzvlərinizə möhkəm cansağlığı diləməklə bizim xoş arzularımızı qəbul etməyinizi xahiş edirik.

Əminliklə deyə bilirik ki, Siz dünyanın ən güclü siyasi liderlərindən biri kimi Qarabağı tezliklə xilas edəcəksiniz.

Hörmətlə,

Əbdürrəhmanov Marif Hətəm oğlu

Azərbaycan Respublikası, Şəki rayonu, Kiçik Dəhnə kəndi.