12 sentyabr 2012, 11:50

Nəriman Həsənzadədən, Bakı, Azərbaycan

Nəriman Həsənzadədən, Bakı, Azərbaycan

Xilaskar

(Ramil Səfərovun xilaskarı cənab İlham Əliyevə məktub)

Cənab Ali Baş Komandan, sənin əmrin muğam oldu,
Şəhidlərin məzarına bu əklil ehtiram oldu.
Dünya bir az nəfəs aldı, ürək bir az aram oldu,
Ulu Tanrım çox görməsin bu torpağa-daşa səni.

Sən Vətənin şərəfini qoruyursan, qoru belə,
Vətən deyir vətən oğlu, düz belədir, doğru belə.
Canımızdan belə çıxır çəkdiyimiz ağrı belə,
Yaşa sevən ürəklərdə bu ürəklə, yaşa səni.

Qoy ədalət zəfər çalsın, xeyir çıxsın qabağına,
Daşlı yollar yolçususan daş dəyməsin ayağına.
Biz and içdik toxunulmaz Azərbaycan bayrağına
Ucaltdığın bayraq kimi uca gördük, uca səni.

Qanımızda, ruhumuzda bir istiqlal nəğməsi var,
Qaçqınların, köçkünlərin hər addımda naləsi var.
Ölən kimsə,o düşməndir, min qəsdi var, qərəzi var,
Mən tapşırdım bu tarixə, tarixi yaddaşa səni.

Yurdumuzu işğal edən talançıdı,həramidi,
Qəhrəmanı xilas etmək qəhrəmanın məramıdı,
Oğulların hünər yolu ataların davamıdı
Zaman özü alqışladı, mərd atanla qoşa səni.

Hörmətlə,

Nəriman Həsənzadə, Xalq şairi.

 Azərbaycan Respublikası, Bakı şəhəri.