İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası keçirilmişdir

11 sentyabr 2012, 20:15
İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası keçirilmişdir

Qəbələdə Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası keçirilmişdir.

Azərbaycan Prezidenti İlham ƏLİYEV iclasın iştirakçılarını salamlayaraq dedi:

-Hörmətli cənab Baş nazir, əziz qardaşım!

Mən Sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz! Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasını biz Azərbaycanda, Qəbələdə keçiririk. Birinci iclası İzmirdə keçirdik, çox uğurlu keçdi, indi isə burada.

Keçən dövr ərzində əlaqələrimiz sürətlə inkişaf etmişdir. İzmir görüşümüzdən sonra çox önəmli hadisələr baş vermişdir.

Biz Sizinlə dəfələrlə görüşmüşdük, TANAP layihəsinə imza atdıq. Bir sözlə, İzmirdə qəbul olunmuş qərarlar icra edilir.

Bizim strateji müttəfiqliyimiz inkişaf edir, güclənir, bütün sahələri əhatə edir. Bugünkü toplantının gündəliyi də çox genişdir və hər iki tərəfdən bakanlar təmsil olunur, onlar da öz sözlərini deyəcəklər. Bakanlarımız da bir-biri ilə sıx təmasdadır, əlaqədədir, mən Bakıda onlarla tez-tez görüşürəm, bizimkilər də sizi ziyarət edir.

Bir sözlə, iki qardaş ölkə inamla və uğurla işbirliyini davam etdirir və bugünkü toplantı əminəm ki, gələcək fəaliyyətimiz üçün də bir yol xəritəsi olacaqdır. Əminəm ki, bu toplantı da uğurlu olacaq və ölkələrimizin inkişafı, birliyi üçün yeni imkanlar yaradılacaqdır.

Bir daha xoş gəlmisiniz, Sizi ürəkdən salamlayıram!

X X X

Türkiyənin Baş naziri Rəcəb Tayyib ƏRDOĞAN dedi:

-Mən də şəxsən öz adımdan, bütün heyətim adından çox təşəkkür edirəm.

Dəyərli qardaşım, Prezidentimiz və hörmətli bakanlar, heyət üzvləri, hər dəfə Azərbaycana səfər edəndə özümüzü təbii ki, fərqli bir ölkədə deyil, evimizdə görürük. Bu evimizdəki məhəbbət də hər iki ölkənin, hər iki millətin daha da güclənərək yoluna davam etməsinə gətirib çıxarır.

Bundan on il əvvəl bir milyard dollara yaxın ticarət dövriyyəsi ilə bu yola çıxmışdıq, amma indi 3,5 milyard dollarlıq səviyyəyə çatmışıq. Təbii ki, bununla kifayətlənmirik. İnşallah, bunu sürətlə ən qısa zamanda beş milyard dollara çatdıracağıq. Bu yaxınlarda iqtisadiyyat naziri Zəfər Çağlayan Azərbaycanda idi, Sizinlə görüşüb. Bu hədəfi qarşıya qoyduq və Qarışıq Komissiyanın toplantısı ilə bağlı da bir az əvvəl hörmətli qardaşımla söhbət apardıq, bunları da müzakirə etdik. Bu ilin sonuna qədər Qarışıq Komissiyanın toplantılarını da keçirmək istəyirik ki, bu işi sürətlə davam etdirək.

Təbii ki, bizim istər hərbi, istər siyasi, istər mədəni əməkdaşlığımız bütün beynəlxalq aləmdə də çox ciddi bir həmrəylik içərisində davam edir. Bununla bərabər, enerji sahəsindəki həmrəyliyimiz bu an artıq zirvəyə çatdı. Üstəlik TANAP addımı ilə İstanbulda imzalar atıldı. İndi bundan sonra da, inşallah, artıq mexanizmləri işə salmağa başlayacağıq. İnşallah, TANAP sürətlə Azərbaycan qazını alıb Avropaya daşımaq imkanını, fürsətini tapacaqdır. Bu da təbii ki, fərqli dəyişikliklərə, fərqli inkişafa səbəb olacaqdır. Biz bunu bilərək bu addımları atırıq. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının İzmirdən sonrakı bu ikinci toplantısının da çox səmərəli olacağına inanıram. Nazir yoldaşlarımız artıq öz aralarında lazımi görüşləri keçirdilər. Mən bugünkü toplantının xeyirlərə, bərəkətə səbəb olmasını diləyirəm.

Mən də təkrar bütün yoldaşlarım adından Sizlərə salam, sevgi və hörmətimi çatdırıram.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 30 yanvar 2025
19:25
“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 118-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan...

30 yanvar 2025, 19:25
SƏNƏDLƏR Qanunlar 30 yanvar 2025
19:23
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan...

30 yanvar 2025, 19:23
SƏNƏDLƏR Sərəncamlar 29 yanvar 2025
10:30
“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası...

29 yanvar 2025, 10:30
SƏNƏDLƏR Fərmanlar 28 yanvar 2025
16:28
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr...

28 yanvar 2025, 16:28