Prezident İlham Əliyev Qəbələ Konqres Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Dövlət başçısı mərkəzin planını və gələcək görünüşünü əks etdirən stendlərə baxdı.
Məlumat verildi ki, 2,8 hektar torpaq sahəsi ayrılmış mərkəzdə 1200 yerlik ikimərtəbəli konfrans zalı fəaliyyət göstərəcəkdir. Mərkəzin ərazisində avtomobil dayanacağı da yaradılacaqdır.
Qeyd edildi ki, ümumi sahəsi 10 min 200 kvadratmetr olan mərkəzin gələn ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Mərkəzdə yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaqdır.
Prezident İlham Əliyev tikinti işlərinin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verdi.