16:37
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin...
01 noyabr 2024, 16:37Prezident İlham Əliyev əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmiş 300 şagird yerlik Güllük kənd ümumi orta məktəbinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısına məlumat verildi ki, Qax rayonunda baş vermiş təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşən 10 məktəb binası sökülmüşdür. Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə podratçı təşkilatlar tərəfindən Ləkit kəndində 420, Zərnə kəndində 240, Qorağan kəndində 220 şagird yerlik tam orta məktəblərin binalarında tikinti işləri davam etdirilir.
Güllük kəndində isə məktəbin əsaslı təmir işləri başa çatdırılmışdır. Sahəsi 163 kvadratmetr olan iki əlavə korpus tikilərək istifadəyə verilmişdir. Korpuslardan birində idman zalı, digərində isə elektron kitabxana, oxu zalı, kompyuter otağı fəaliyyət göstərəcəkdir.
Qeyd edildi ki, ikimərtəbəli məktəbdə 100-dən çox şagird təhsil alacaqdır. Təmir işləri zamanı məktəb tamamilə müasir səviyyədə yenidən qurulmuşdur.
Əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.
Daha sonra dövlətimizin başçısı ictimaiyyətin nümayəndələri ilə görüşdü.
Kənd sakinlərini təbrik edən Prezident İlham ƏLİYEV dedi:
-Gözəl məktəblə tanış olarkən dörd ay əvvəl görüşümüzü xatırlayırdım. Yadınızdadır, dörd ay əvvəl zəlzələ baş verəndən sonra sizinlə görüşdük. Sizə söz vermişdim ki, qısa müddət ərzində bütün təmir-bərpa işləri başlanacaq və qısa müddət ərzində tamamlanacaqdır. Dörd ay ərzində məktəbin bərpası, faktiki olaraq yenidən qurulması onu göstərir ki, biz həmişə olduğu kimi, sözümüzə əməl edirik.
SAKİNLƏR: Çox sağ olun. Allahdan Sizə cansağlığı arzulayırıq.
Prezident İlham ƏLİYEV: Sizi, uşaqları təbrik edirəm. Yeni dərs ilinin ərəfəsində bu gözəl məktəb artıq qapılarını uşaqların üzünə açıbdır. Burada heç vaxt belə şərait olmamışdır. İndi bu məktəb əsaslı tikilib. Zəlzələ baş verərsə belə, buna heç bir mənfi təsiri olmayacaqdır. Amma ümid edək ki, zəlzələ daha olmayacaqdır. Ancaq indi görülən bütün tədbirlər, tikilən bütün yeni evlər doqquz bala hesablanıb. Əvvəlki evlərdən daha da keyfiyyətli, daha da gözəldir. İndi keçən dəfə olduğum bir evin yeni görüntülərini görərkən mənim üçün müqayisə aparmaq o qədər də çətin deyildir. Çünki dörd ay bundan əvvəl dağılmış o evin həyətində idim. O evin sakinləri çox çətin bir psixoloji durumda idilər. Çünki onların gözü qarşısında ev dağıldı, yaşamağa bir yer yox. Tezliklə çadırlar gətirildi. Amma çadırda yaşamaq çox çətindir. Mən onlara söz verdim ki, qısa müddət ərzində sizin üçün daha da gözəl ev tikəcəyik. İndi o evə baxanda gördüm ki, doğrudan böyük, əzəmətli, möhtəşəm bir villadır. Belə də olmalıdır. Bu kənddə 200-ə qədər ev yenidən tikiləcəkdir. Hamısı dövlət vəsaiti hesabına və keyfiyyətlə tikiləcəkdir. Əlbəttə, kaş ki zəlzələ olmayaydı, ancaq yeni tikilən evlər əvvəlki evlərdən bir neçə dəfə daha keyfiyyətli və genişdir.
Verdiyim tapşırıqlar keyfiyyətlə yerinə yetirilir. Bütün müvafiq qurumlar səmərəli, gecə-gündüz işləyirlər. Qısa müddətdə - dörd ay ərzində böyük işlər görülüb. Amma işlər hələ davam edir. Hələ bərpa, tikinti işləri gedəcəkdir. Elə etməliyik ki, bütün evlər tezliklə tikilsin və sakinlərin sərəncamına verilsin. Sizi bu münasibətlə təbrik edirəm.
Kənd sakini Firudin MƏMMƏDOV dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:
-Hörmətli cənab Prezident. Sizi Güllük kəndində yenidən görməyimizə çox şadıq və Sizə “Xoş gəlmişsiniz!” deyirəm. May ayının 9-da kəndimizə gəlməyiniz, bizimlə görüşməyiniz, bizə təsəlli verməyiniz arxamızda güclü bir dövlətin, öz vətəndaşlarına qayğıkeş bir münasibət göstərən güclü bir rəhbərin dayandığını göstərdi. Sizin həmin görüşdə verdiyiniz bütün tapşırıqlar yerinə yetirilmişdir. Zəlzələdə dağılmış evlərin, sosial obyektlərin yerində daha geniş, daha yaraşıqlı, daha keyfiyyətli evlər tikilmişdir və tikilir. Bu məktəbin binası ona əyani bir misaldır. Bütün bunlara görə Sizə kəndimizin ziyalıları, bütün sakinləri adından “Çox sağ olun!” deyirik, minnətdarlığımızı bildiririk və Sizə uzun ömür, cansağlığı arzu edirik. Bir daha “Çox sağ olun!” deyirik. Hamımız minnətdarıq.
X X X
Prezident İlham ƏLİYEV: Sağ olun, çox sağ olun. Sizi bir daha təbrik edirəm. Azərbaycanın hər bir kəndində çox gözəl şərait olmalıdır, məktəblər, evlər, yollar, kənd yolları. Biz bunu da etməyə çalışırıq.
X X X
Kəndin ağsaqqalları adından danışan Əhməd MUSAYEV dedi:
-Hörmətli Prezident, kəndimizə gəlməyiniz münasibətilə ağsaqqallar adından Sizə minnətdarlığımızı bildirirəm. Biz Sizi kəndimizin dostu hesab edirik. Çünki insan bərkə düşəndə dostunu axtarır. Dostunu görəndə bütün ağrı-acılar canından çıxır. Mən də Sizə, necə deyərlər, bu kəndin bir dostu kimi kənd ağsaqqalları adından minnətdarlığımızı bildirirəm. Çox sağ olun. Allah ömrünüzü uzun etsin. Sizə cansağlığı, respublikanın abadlaşması yolunda müvəffəqiyyətlər arzulayıram.
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Mən artıq ikinci dəfə gəlirəm. Ona görə bu ada layiqəm: Bu kəndin dostu!
Əhməd MUSAYEV: Biz də elə ona görə deyirik ki, Siz bu kəndin dostusunuz. Allah qoysa bu kəndi gələcəkdə qəsəbə şəklinə salacağıq.
Prezident İlham ƏLİYEV: Ola bilər. Mən indi baxıram, böyük kənddir. Mənə deyirlər, ərazisi də çox böyükdür. Gözəl mənzərəsi vardır, gözəl dağlar qoynunda. Kəndin yaxşı, gözəl gələcəyi olmalıdır, əhali artmalıdır. Məktəblər indi elə tikilir ki, gələcəkdə uşaqların sayı artdıqca çətinlik yaranmasın.
Azərbaycanda demoqrafik vəziyyət müsbətdir, əhalimiz artır. Hazırda 9 milyon 300 min əhali vardır. Getdikcə artır, artacaqdır. Uşaqların sayı daha da çox olmalıdır. Hər kəs üçün də şərait olmalıdır: iş yerləri, məktəblər, səhiyyə obyektləri, yollar, bütün infrastruktur, qazlaşdırma layihələri indi icra edilir. Ümid edirəm ki, gələn ilin sonuna qədər bütün əksər kəndlər qazlaşdırılacaqdır. Bu kənd də qazlaşdırılmalıdır, ona görə Proqrama salmaq lazımdır. Onda işlər daha da yaxşı gedəcəkdir. Təbrik edirəm. Sağ olun.
SAKİNLƏR: Çox sağ olun. Minnətdarıq.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin...
01 noyabr 2024, 16:37Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı - İnqilab Gününün 70-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən...
01 noyabr 2024, 11:09Hörmətli cənab Sədr,
Valensiya regionunda baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və...
31 oktyabr 2024, 19:07Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli...
31 oktyabr 2024, 16:00