İlham Əliyev Bakı-Quba–Rusiya dövlət sərhədi avtomobil yolunun açılışında iştirak etmişdir

12 avqust 2010, 16:00
İlham Əliyev Bakı-Quba–Rusiya dövlət sərhədi avtomobil yolunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Bakı-Quba–Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 131-165-ci kilometrlik hissəsinin açılışında iştirak etmişdir. 

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, asfalt-beton örtüklü yolun istismara verilən hissəsinin uzunluğu 34 kilometr, eni 7,5 metrdir. İki hərəkət zolaqlı yolda körpülər də əsaslı şəkildə yenidən qurulmuşdur.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi.

Dövlət başçısına burada quraşdırılmış Çıraqqala tarixi memarlıq abidəsinin və qədim Şabranın maketi barədə də məlumat verildi.

Prezident İlham Əliyev inşaatçıları təbrik etdi, tapşırıq və tövsiyələrini verdi. 

gallery-photogallery-photogallery-photogallery-photo