15:05

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilmişdir.
Mərasimdə Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin ali mükafatı - “Xalqlar dostluğu” ordenini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etmişdir.
Belarus Prezidenti Aleksandr LUKAŞENKO mərasimdə çıxış edərək Azərbaycan dövlətinin başçısını ölkəsində bir daha görməkdən şad olduğunu dedi. Bildirdi ki, yüksək səviyyədə həyata keçirilən müntəzəm görüşlər xoş ənənəyə çevrilib və xalqlarımız arasında qardaşlıq tellərinə əsaslanan Belarus-Azərbaycan tərəfdaşlığı dövlət başçılarının dostluq münasibətləri ilə daha da möhkəmlənir.
“Bu gün Azərbaycan ilə Belarus arasında münasibətlər sabit və faydalıdır, yüksək səviyyədə dostluğa və etimada əsaslanır”, - deyən Aleksandr Lukaşenko bildirdi ki, ölkələrimiz strateji tərəfdaşlara çevrilib və burada Azərbaycan Prezidentinin mühüm rolu vardır.
Belarus Prezidenti Azərbaycanın onun ölkəsinə verdiyi dəstəyi yüksək qiymətləndirərək Prezident İlham Əliyevin xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olduğunu vurğuladı. “Fikrimcə, İlham Heydər oğlu Azərbaycanın şəksiz lideri və vətənpərvəridir”, - deyən Prezident Aleksandr Lukaşenko dövlətlərimiz arasında dostluq münasibətlərinin və strateji əməkdaşlığın qurulması və inkişafındakı mühüm şəxsi töhfələrinə görə Azərbaycan Prezidentinin Belarusun ali mükafatı - “Xalqlar dostluğu” ordeni ilə təltif olunduğunu dedi və ordeni Prezident İlham Əliyevə təqdim etdi.
Yüksək mükafata və onun haqqında söylədiyi xoş sözlərə görə Belarus Prezidenti Aleksandr Lukaşenkoya təşəkkürünü bildirən Azərbaycan Prezidenti İlham ƏLİYEV bu ali mükafatı onun əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdiyini dedi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan-Belarus münasibətləri möhkəm zəminə, qarşılıqlı rəğbət və xalqlarımız arasında çoxəsrlik əməkdaşlığa əsaslanır.
Dövlətimizin başçısı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına namizədliyinin səsverməyə çıxarıldığı dövrdə Belarusun verdiyi dəstəyə və göstərdiyi fəallığa görə minnətdarlığını bildirdi.
“Bu gün Belarus ilə Azərbaycan arasında dostluğa, strateji tərəfdaşlıq, qarşılıqlı dəstəyə, səmimiyyət və rəğbətə əsaslanan müasir münasibətlər qururuq”, - deyən Prezident İlham Əliyev ölkələrimiz arasında əmtəə dövriyyəsinin artdığını, sənayedə, energetikada, humanitar əməkdaşlıqda yeni təşəbbüslərin olduğunu dedi və bir daha yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirdi.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...
09 may 2025, 10:56Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
09 may 2025, 10:54Hörmətli cənab Federal Kansler,
Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar...
09 may 2025, 10:52Hörmətli cənab Prezident,
Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Ekvador arasında dostluq...
09 may 2025, 10:50Zati-müqəddəsləri.
Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi,...
09 may 2025, 10:40