Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olmuşdur

28 avqust 2012, 19:00
Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olmuşdur

Prezident İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olmuşdur.

“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında lizinq fəaliyyətinin genişləndirilməsi, əlverişli hüquqi-iqtisadi şəraitin yaradılması haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Belarusun iqtisadiyyat naziri Nikolay Snopkov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında odlu silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz hazırlanması və dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Belarusun daxili işlər naziri İqor Şuneviç imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə əməkdaşlığa dair Saziş”i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Belarusun daxili işlər naziri İqor Şuneviç imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında mədəni sərvətlərin talanması ilə mübarizə və onların geri qaytarılmasının təmin edilməsi sahəsində əməkdaşlıq haqında Saziş”i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Belarusun daxili işlər naziri İqor Şuneviç imzaladılar.

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Belarus Respublikası Ədliyyə Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və Belarusun ədliyyə naziri Oleq Slijevski imzaladılar.

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Belarus Respublikası Səhiyyə Nazirliyi arasında dərman vasitələrinin keyfiyyətinə nəzarət və qeydiyyatdan keçirilməsi sahəsində əməkdaşlıq haqında Saziş”i Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və Belarusun səhiyyə naziri Vasili Jarko imzaladılar.

“Naxçıvan Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Brest Şəhər İcra Komitəsi (Belarus Respublikası) arasında iqtisadi-ticarət və humanitar-mədəni sahələrdə əməkdaşlıq haqqında Saziş”i Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və Brest Şəhər İcra Komitəsinin sədri Aleksandr Palışenkov imzaladılar.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10