İlham Əliyev yenidənqurmadan sonra istifadəyə verilmiş “Cəlilabad Broyler” ASC-nin quş əti istehsalı müəssisəsi ilə tanış olmuşdur

31 iyul 2012, 16:20
İlham Əliyev yenidənqurmadan sonra istifadəyə verilmiş “Cəlilabad Broyler” ASC-nin quş əti istehsalı müəssisəsi ilə tanış olmuşdur

Prezident İlham Əliyev yenidənqurmadan sonra istifadəyə verilmiş “Cəlilabad Broyler” ASC-nin quş əti istehsalı müəssisəsi ilə tanış olmuşdur.

Dövlət başçısı respublika üzrə quşçuluq təsərrüfatları barədə məlumatları, müəssisənin planını, yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini, eləcə də 1976-cı ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə quşçuluq fabrikinin açılışını əks etdirən fotoşəkillərdən ibarət stendlərə baxdı, hazır məhsulların nümunələri ilə tanış oldu.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verdi ki, müəssisənin yenidən qurulması işlərinə 2010-cu ilin dekabrında başlanmış, bu ilin iyulunda başa çatdırılmışdır.

Cəlilabad şəhərində 45 hektar ərazidə köhnə tikililərdən ibarət quşçuluq fabrikinin yenidən qurulması Azərbaycanda yerli istehsala artan tələbatın ödənilməsinə töhfə verəcəkdir. Fabrikin yenidən qurulmasına beş milyon manat vəsait sərf olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən yenidənqurma işlərinə iki milyon manat güzəştli kredit verilmişdir.

Azərbaycan Prezidenti “Cəlilabad Broyler” ASC-nin yeni inşa olunan yem istehsalat sahəsini işə saldı və yem zavodunun istehsal prosesini əks etdirən filmi izlədi. 

Dövlət başçısına məlumat verildi ki, müasir avadanlıqla təchiz edilən bu istehsal sahəsi saatda 10 ton quş yemi hazırlamaq gücünə malikdir. Quşçuluq təsərrüfatları üçün burada qırma və pelet yemləri hazırlanacaqdır. Yem zavodu tam avtomatlaşdırılmışdır. Müəssisədə ümumi tutumu 500 kubmetr xammal, 5 min litr vitamin və minerallar olan 18 yem anbarı vardır. Müəssisədə 220 nəfər işlə təmin olunmuşdur.

Bildirildi ki, bir çox yeni sənaye müəssisələri kimi, Cəlilabad quşçuluq fabrikinin fəaliyyətə başlaması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Fabrikin inşasına 1967-ci ildə başlanılsa da 1968-ci ildə tikinti işləri dayandırılmışdır.

Lakin 1969-cu ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra müəssisənin tikintisi sürətləndirilmişdir. Ulu öndər 1972-ci ildə quşçuluq fabrikində tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Nəhayət, 1976-cı ilin mayında ulu öndər Heydər Əliyevin iştirakı ilə Cəlilabad quşçuluq fabrikinin açılışı olmuşdur.

Məlumat verildi ki, Dövlət Proqramına uyğun olaraq yenidən qurulan müəssisənin illik istehsal gücü 6 min ton quş əti məhsullarıdır. Bu müəssisənin fəaliyyətə başlaması respublikamızda quş əti məhsullarının istehsalının artırılmasına, idxalı əvəz edən məhsul hazırlanmasına şərait yaradacaq, daxili bazarın yüksək keyfiyyətli məhsullarla təmin olunmasına imkan verəcəkdir. Müəssisədə hər birinin sahəsi 1512 kvadratmetr olan 34 quş fermasından 28-də yenidənqurma işləri aparılmışdır. Müəssisə, əsasən, Türkiyə texnologiyaları əsasında qurulmuşdur. Quş fermaları Türkiyənin “TAVSAN”, İranın “Pars” şirkətlərinin yemləmə, havalandırma avadanlığı ilə təchiz edilmişdir. Həmçinin müəssisədə kəsim sexi yerli “ASENA” şirkəti tərəfindən Türkiyə texnologiyası əsasında qurulmuşdur. Sexdə saatda 2,5 min quşun kəsimi həyata keçirilir. Yeni inşa olunan sex isə hər birinin tutumu 177 min yumurta olan iki inkubator avadanlığı ilə təchiz edilmişdir.

İnkubator sexində istehsal olunan bir günlük cücələr müəssisənin daxili tələbatının ödənilməsi üçün nəzərdə tutulmuşdur. Müəssisədə yem sexi, soyuducu və şoklama kameraları da inşa edilmişdir.

Dövlət başçısı respublikada mövcud və tikilməkdə olan quşçuluq təsərrüfatlarını əks etdirən stendlə də tanış oldu.

Bildirildi ki, respublikada 43 quşçuluq təsərrüfatı vardır. Bu təsərrüfatların ümumi istehsal gücü 65,2 min ton quş əti və 324,3 milyon yumurta təşkil edir. Dövlətin güzəştli krediti hesabına tikilmiş və tikilən 30 quşçuluq təsərrüfatına 55 milyon manat vəsait ayrılmışdır. Bunlardan 10-u istifadəyə verilmiş, digər 20-sinin cari ildə açılması planlaşdırılır. Aparılan araşdırmalara əsasən, respublikada əlavə olaraq, sənaye üsulu ilə 11,2 min ton quş əti istehsal edəcək təsərrüfatların yaradılması təklif olunur.

Müəssisədə yaradılmış şəraitdən razılığını bildirən Azərbaycan Prezidenti kollektivə uğurlar arzuladı. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12