16:38

Prezident İlham Əliyev Lənkəranda Heydər Əliyev xatirə parkında inşa olunacaq Gənclər Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir.
Dövlət başçısına məlumat verildi ki, yeni yaradılacaq Gənclər Mərkəzinin ümumi sahəsi bir hektar, tikintialtı sahəsi isə 850 kvadratmetr olacaqdır. Burada geniş abadlıq-quruculuq işləri görüləcəkdir. İkimərtəbəli binada gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılacaqdır. Mərkəzin birinci mərtəbəsində kafe, diskoteka, tir və kino zalları fəaliyyət göstərəcəkdir. Burada, həmçinin inzibati otaqlar da yaradılacaqdır. Binanın ikinci mərtəbəsində isə kompyuter və oxu zalları, yaradıcılıq studiyaları üçün otaqlar yerləşəcəkdir. Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı da inşa ediləcəkdir.
Diqqətə çatdırıldı ki, bu gün gənclərimizin intellektual və yaradıcı potensialının üzə çıxarılması və ümummilli məsələlərə yönəldilməsi, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində dövlətimiz tərəfindən məqsədyönlü iş aparılır. Respublikamızın bölgələrində, o cümlədən Lənkəranda yaradılacaq Gənclər Mərkəzi də bu xoşməramlı məqsədə xidmət edəcəkdir.
Prezident İlham Əliyev Gənclər Mərkəzinin təməlini qoydu.
Dövlət başçısı görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.
Azərbaycan Prezidentinə Lənkəran şəhərində yeni inşa edilən yaşayış kompleksi barədə də məlumat verildi. Bildirildi ki, kompleks hər biri yeddimərtəbəli 14 binadan ibarətdir. Burada 133 mənzil vardır. Onlardan beşi bir otaqlı, beşi iki otaqlı, 49-u üç otaqlı, 29-u dörd otaqlı, 45-i isə beş otaqlıdır. Yaşayış sahəsi 20 min 941 kvadratmetr olan kompleks üçün ümumilikdə 2,39 hektar sahə ayrılmışdır.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57