İlham Əliyev Londonda XXX Yay Olimpiya Oyunları çərçivəsində keçirilən “Azərbaycan günü” mərasimində iştirak etmişdir

29 iyul 2012, 16:20
İlham Əliyev Londonda XXX Yay Olimpiya Oyunları çərçivəsində keçirilən “Azərbaycan günü” mərasimində iştirak etmişdir

Londonda XXX Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü” keçirilmişdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Mərasim iştirakçıları Azərbaycan Prezidentini və xanımını hərarətlə qarşıladılar.

Dövlət başçısı mərasimdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

Bu gün sizin hamınızı “Azərbaycan günü”ndə salamlamaq istəyirəm. Bu axşam bizimlə olduğunuza görə sizə çox minnətdaram. Burada olmağımızdan və belə bir möhtəşəm tədbirdə iştirakımızdan çox fərəhlənirik. Mən bizi qəbul edən Britaniya tərəfinə də gördüyü bütün hazırlıq işlərinə görə təşəkkürümü bildirmək istəyirəm.

Azərbaycan müstəqil ölkə kimi artıq beşinci dəfədir ki, Yay Olimpiya Oyunlarında iştirak edir və biz hər dəfə irəliyə doğru addımlar atırıq. Qazandığımız birinci medal 1996-cı ildə Atlantada oldu. Həmin vaxt bizim komanda yalnız bir medal qazana bildi. Sonra 2000-ci ildə Sidneydə üç, 2004-cü ildə Afinada beş, 2008-ci ildə isə Pekində yeddi medal qazanıldı. Əlbəttə, biz hamımız istəyirik ki, bu ənənə davam etsin. Hamımız ümid edirik ki, idmançılarımız ölkəmizi layiqincə təmsil edəcəklər və yarışlar zamanı bayrağımız qaldırılacaqdır. Fürsətdən istifadə edərək dünyanın bütün atletlərinə uğurlar və xoşbəxtlik arzulayıram.

Azərbaycan zəngin tarix, böyük adət-ənənələr ölkəsidir. Lakin müstəqil ölkə kimi biz dünyanın siyasi xəritəsində yalnız 20 ildir ki, mövcuduq. Bu illər dəyişikliklər, islahatlar dövrü olub. Bu illər göstərir ki, Azərbaycan müstəqil ölkə kimi uğurla inkişaf edir. Əldə etdiyimiz nailiyyətlər məhz xalqımızın istedadı sayəsində mümkün olub. İyirmi il öncə bizim öz dövlətimiz yox idi, demokratik təsisatlarımız, bazar iqtisadiyyatı mövcud deyildi. Bu gün Azərbaycan regionda möhkəm mövqelərə malik olan ölkədir, dövlətçiliyimiz çox güclüdür. Biz demokratik islahatlara, bazar iqtisadiyyatına sadiqik. İyirmi il ərzində əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi oldu. Dünyanın ən ali beynəlxalq təşkilatı hazırda bizim iştirakımızla fəaliyyət göstərir. Namizədliyimizə səs verən 155 ölkə sözün əsl mənasında göstərdi ki, bu 20 ildə biz dünyanın diqqətini cəlb edə bildik, bir çox ölkələrlə dostluq və qarşılıqlı etimad münasibətləri qurduq.

Bu gün Azərbaycana hörmətlə yanaşırlar və ölkəmiz nəinki regionda, o cümlədən dünyanın qlobal işlərində öz rolunu oynayır. Biz çox böyük iqtisadi dəyişikliklərə nail olduq və iqtisadiyyatımız dünyada ən sürətlə artan iqtisadiyyatdır. Bizim iqtisadiyyatımız görünməyən dərəcədə artım tempi nümayiş etdirdi və son səkkiz ildə üç dəfə artdı. Ölkəmizdə dəyişikliklərin edilməsi, güclü iqtisadiyyatın qurulması üçün bir çox səylər göstərildi. Ölkəmiz sabitdir, xalqımızın güzəranı yaxşıdır. Eyni zamanda, Azərbaycan bütün dinlərin və millətlərin nümayəndələrinin sülh şəraitində birgə yaşamasının nümunəsi ilə tanınır. Təsadüfi deyildir ki, ölkəmizdə sülh və əməkdaşlıq işinə xidmət edən çoxsaylı beynəlxalq tədbirlər keçirilir.

Biz, həmçinin ölkəmizdə idmanın inkişafına və Olimpiya hərəkatına böyük diqqət yetiririk. Müasir idman infrastrukturunun yaradılmasına çoxlu sərmayələr yatırılır. Son 12 ildə bütün ölkə üzrə 34 Olimpiya mərkəzi tikilib istifadəyə verilib və bu proses davam edir. Bu il Azərbaycanda “İdman ili” elan edilib. Bu, həmçinin Azərbaycanda idmanın inkişafına və Olimpiya hərəkatına göstərilən diqqəti bir daha nümayiş etdirir. Biz tarixdə bu oyunlarda 53 atletdən ibarət ən böyük komanda ilə iştirak etməkdən fərəhlənirik. Bu, həm də onu göstərir ki, idmana qoyulan sərmayə və idmanın, Olimpiya hərəkatının təşviq edilməsinə yönələn dövlət siyasəti yaxşı nəticələr verir.

Əminəm ki, biz bu oyunlarda uğurla iştirak edəcəyik. Bu yarışlar özümüzü təqdim etmək üçün daha bir fürsətə çevriləcəkdir.
Bu gün nailiyyətlərimizə həsr olunan kiçik təqdimat - bəzi fotoşəkillər, ölkəmizin inkişafı ilə bağlı videotəqdimat olacaqdır.

Əminəm ki, bu tədbirdə iştirak edən insanların əksəriyyəti artıq Azərbaycanda olub. Qonaqlarımız arasında Azərbaycanda olmayanları isə ölkəmizə səfərə dəvət edirəm.

Onu da bildirmək istəyirəm ki, idman və Olimpiya hərəkatı mənim həyatımın bir hissəsidir. Böyük fərəh hissi ilə qeyd edirəm ki, artıq 15 ildir mən Olimpiya ailəsinin üzvüyəm. On beş il əvvəl mən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildim.

Ondan altı il sonra isə ölkə Prezidenti seçildim. Buna görə də adətən deyirəm ki, mən idmanı və Olimpiya hərəkatını ölkə rəhbərliyi səviyyəsində təmsil edirəm. Bu illər uğur, dəyişiklik, inkişaf, işə sadiqlik illəri oldu. Bu gün Azərbaycanda idmançı olmağın böyük mənası vardır. İdmanın inkişafı və idmançılara qayğının göstərilməsi ilə bağlı dövlət siyasətimiz vardır. Biz müasir idman infrastrukturuna böyük sərmayələr qoymuşuq. Bu gün Azərbaycanda çoxlu beynəlxalq idman tədbirləri, o cümlədən Avropa və dünya çempionatları keçirilir. Əminəm ki, gələcəkdə Azərbaycanda qonaqlarımızın, o cümlədən atletlərin və turistlərin sayı çox olacaq, bununla da biz dostluğumuzu və əməkdaşlığımızı davam etdirəcəyik.

Olimpiya oyunları nadir beynəlxalq hadisədir. Bu zaman bütün dünyadan gələn insanlar görüşürlər, atletlər öz aralarında ədalətli şəkildə, tərəfdaşlıq ruhunda yarışırlar, rəqabət yalnız idman arenası ilə yekunlaşır. Bu, idmanla siyasət arasında ən böyük fərqdir.

Biz oyunlarda iştirak etməkdən çox fərəhlənirik. Mən bir daha bütün komandaların idmançılarına uğurlar, dünya xalqlarına xoşbəxtlik və çiçəklənmə arzulayıram. Çox sağ olun.

X X X

Tədbirin keçirildiyi zal Azərbaycanın mədəniyyətini, idman tarixini özündə əks etdirən fotostendlərlə bəzədilmişdi. Ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində göstərilən qayğı iri monitorlarda ön plana çıxarılmışdı. Bununla yanaşı, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmançılarla görüşlərindən, ölkəmizdə olimpiya idman komplekslərinin açılış mərasimlərindən hazırlanan videogörüntülər də nümayiş etdirilirdi.

“Azərbaycan günü”nə dəvət olunan rəsmi şəxslər, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyev ilə söhbətlərində bir daha ölkəmizdə idmana və Olimpiya hərəkatına göstərilən diqqət və qayğını yüksək qiymətləndirdilər. Onlar bu sahənin inkişafının ölkəmizdə dövlət siyasətinin mühüm prioritetlərindən biri elan edilməsinin təqdirəlayiq hal olduğunu söylədilər.

Bildirildi ki, getdikcə güclənən və iqtisadi cəhətdən inkişaf edən Azərbaycanın bu sahədə uğurlarını artırması ölkəmizin dünyada idman məkanı kimi tanınmasına geniş imkanlar açır.

Tədbirin gedişində Prezident İlham Əliyev XXX Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarımızla görüşdü, onlara xeyir-dua verdi, uğurlar və qələbə əzmi arzuladı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12