27 oktyabr 2021, 19:31

Aynurə Sadıqovadan, Sumqayıt, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşünüzü diqqətlə izlədik və qürurverici görüntülərlə fəxr etdik.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuliyə səfəri isə bütün dünyaya qardaşlıq mesajıdır. Bu səfər siyasi, tarixi əhəmiyyəti ilə seçilir. Özlüyündə ilkə imza atmağın göstəricisidir.

Füzulini dünyaya tanıtdırdığınız üçün Sizə bir ömür borcluyuq.

Allah Sizi qorusun.

Hörmətlə,

Sadıqova Aynurə Zeynal qızı

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.