27 oktyabr 2021, 19:16

Şənlik Əhmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi səmimi qəlbdən salamlayıram. Bu məktubu yazmaqda məqsədim, Füzuli Beynəlxalq Hava Limanının açılışını etdiyiniz üçün, bizə bu sevinci də yaşatdığınız üçün Sizə minnətdarlıq bildirməkdir. Qardaş və dost ölkə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış mərasimində iştirakı ölkələrimiz arasında əlaqələrin getdikcə daha da möhkəmləndiyinin, müttəfiqliyimizin inkişaf etdiyinin göstəricisidir. Qoy, bu dostluq və qardaşlıq daim yaşasın və ölkələrimizin, ümumilikdə türk dünyasının milli maraqlarına xidmət etsin.

Var olun, Müzəffər Ali Baş Komandan.

Hörmətlə,

Şənlik Əhmədov

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi.