27 oktyabr 2021, 18:43

Gülbəs Hüseynova və Qulam Bayramovdan, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Hər bir Vətənini sevən azərbaycanlı Sizin uğurlarınıza sevinir. Çünki bu uğurlar Azərbaycanın xoş gələcəyinə, sürətli inkişafına xidmət edir.

Mətbuatda və internet saytlarında yayımlanan çıxışlarınızı fəxrlə izləyirik. Ölkəmizin mənafeyini qoruyan arqumentlər ən tanınmış siyasətçiləri belə heyran qoyur.

Qətiyyətli iradənizlə qürur duyur, Sizə cansağlığı arzulayırıq.

Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Hüseynova Gülbəs

Bayramov Qulam

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Təzəkənd kəndi.