27 oktyabr 2021, 18:25

Miyasət Həsənovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin uzaqgörən daxili və xarici siyasətiniz nəticəsində tarixi diyarımız Qarabağ erməni təcavüzkarlarının işğalından azad edildi. Rəhbərliyiniz altında əldə edilmiş Qələbə Azərbaycan xalqının birliyini, həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Həqiqətən də xalqımız Sizin ətrafınızda dəmir yumruq kimi birləşdi.

Möhtərəm Prezident, əzəli və əbədi torpaqlarımızda bundan sonra xoşbəxt yaşayacağımız üçün Sizə borcluyuq. Sizin qətiyyətiniz, əzminiz, cəsarətiniz, qarşısında baş əyirik. Sizə cansağlığı, uzun ömür və çoxşaxəli fəaliyyətinizdə yeni müvəffəqiyyətlər diləyirik.

Tanrı Sizi qorusun.

Hörmətlə,

Miyasət Həsənova

Azərbaycan Respublikası, Gəncə şəhəri.