25 oktyabr 2021, 18:45

Vüsal Adıgözəlovdan, Qubadlı, Azərbaycan

Hörmətli cənab Prezident,

44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi başlanan ilk gündən Qubadlının azad edilməsi xəbərini alacağımız günün həsrəti ilə yaşayırdıq. Nəhayət sevincimizə sevincə qarışdı, Qubadlının adı işğaldan azad olunan digər şəhərlərlə bir sırada çəkildi.

Artıq hər bir Qubadlı rayon sakini 27 il həsrətində olduqları doğma torpaqlarına qayıdacağı günü həsrətlə gözləyirlər. Bizim hamımızın yeganə arzusu işğaldan azad olunmuş ata-baba ocağımıza tezliklə qayıtmaqdır.

Cənab Ali Baş Komandan,

Azərbaycan torpaqlarını qısa müddətdə işğaldan azad etdiyinizə, bizim doğma torpaqlara qayıtmaq arzumuzu həyata keçirdiyinizə görə Sizə minnətdarıq.

İnşallah, doğma yurdumuza qayıtdıqdan sonra biz də Qubadlının çiçəklənməsinə öz töhfəmizi verəcəyik.

Hörmətlə,

Adıgözəlov Vüsal Təvəkkül oğlu

Azərbaycan Respublikası, Qubadlı rayonu, Davudlu sakini.