23 oktyabr 2021, 10:30

İsmayıl Ramazanovdan, Füzuli, Azərbaycan


Hörmətli cənab Prezident,

Siz Azərbaycanın Qəhrəman oğlusunuz.

Oktyabrın 17-də Füzulidə çoxmənzilli yaşayış məhəlləsinin, avtomobil yolunun və infrastruktur obyektlərinin təməlini qoymağınız bizi hədsiz sevincə qərq etdi. Bütün bunlar bizim doğma yurd-yuvamıza qayıdacağımız günü daha da yaxınlaşdırır. Biz indidən görürük ki, əvvəlkindən də gözəl rayonda yaşayacağıq.

Cənab Prezident, buna görə Sizə minnətdarıq. Uca Tanrı Sizi qorusun.

Allah Azərbaycan səmasını, xalqımızın başı üzərini daim aydın etsin.

Hörmətlə,

Ramazanov İsmayıl Nəcəf oğlu,

Birinci Qarabağ müharibəsi iştirakçısı.

Azərbaycan Respublikası, Füzuli rayonu, 11 nömrəli Qayıdış qəsəbəsi.