23 oktyabr 2021, 13:30

İntiqam Qurbanovdan, Füzuli, Azərbaycan


Hörmətli cənab Prezident,

Sizin qətiyyətli addımlarınız sayəsində xalqımız böyük ağrı-acıdan, torpaq həsrətindən xilas oldu. Qədirbilən xalqımız ona böyük sevinc bəxş edən Müzəffər Ali Baş Komandanını – Sizi daim sevəcək. Bu yolda çəkilən zəhmət uzun illəri əhatə edir. Bu yolda qazanılan Qələbə müdrik qərarlara, dərin zəkaya söykənir. Biz çox şadıq ki, Sizin kimi Liderimiz var.

Bizə bəxş etdiyiniz hədsiz sevincə görə Sizə minnətdarıq, ey bizim böyük Sərkərdəmiz!

Allah Sizi və xalqımızı qorusun.

Hörmətlə,

Qurbanov İntiqam

Azərbaycan Respublikası, Füzuli rayonu, 7 nömrəli Qayıdış qəsəbəsi.