23 oktyabr 2021, 14:05

Mədinə Abbasovadan, Qubadlı, Azərbaycan


Möhtərəm cənab Prezident.

Sizin “dəmir yumruğ”unuz düşmənin belini elə qırdı ki, onlar çətin özlərinə gəlsinlər. Torpaqlarımızın işğaldan azad olunması, Sizin həmin ərazilərə etdiyiniz səfərlər, orada həyata keçirilən bərpa və yenidənqurma işləri, həyata keçirilən layihələr bizi çox qürurlandırır.

İndi Azərbaycanı bütün dünyada qalib ölkə kimi tanıyırlar. Bunun təməlində Sizin uzaqgörən siyasətiniz və qətiyyətli addımlarınız dayanır. Biz Sizinlə qürur duyuruq və hər zaman Sizin yanınızdayıq.

Allah Sizi qorusun!

Hörmətlə,

Abbasova Mədinə Bayadur qızı

Azərbaycan Respublikası, Qubadlı rayonu, Qaralar kəndi.