23 oktyabr 2021, 12:32

Həkimxan Quliyevdən, Füzuli, Azərbaycan


Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Qarabağ müharibəsində qısa müddət ərzində qazanılan Qələbə Sizin səbirli, təmkinli, qətiyyətli və hər şeyi dəqiqliklə hesablayan Lider olduğunuzu bütün dünyaya göstərdi. Siz öz prinsipiallığınızla beynəlxalq “ikili standartlar”a, düşmənə himayədarlıq edən güclərə, dövlətlərə qarşı qətiyyətli mübarizə apardınız. Qarabağ müharibəsi başlayan andan daim xalqın yanında oldunuz, şəhid ailələrinin, qazilərin keçmiş məcburi köçkünlərin dərdlərini bölüşdünüz, xalqla birlikdə sevindiniz, xalqla birlikdə qəhərləndiniz. Hər an Sizi yanımızda hiss etdik, çətin vaxtlarımızda Sizin kimi Liderimiz olduğunu düşünərək Sizə güvəndik və Siz bizi qələbəyə apararaq Azərbaycan xalqının məğrur, qürurlu, qalib xalq olduğunu bütün dünyaya göstərdiniz.

Müzəffər Ali Baş Komandan, bütün bu hissləri bizə yaşatdığnza görə Sizə minnətdarlığımızı bildirir, cansağlığı və uğurlar arzu edirik. Həmişə olduğu kimi biz daim Sizin yanınızdayıq. Tanrı Sizi qorusun!

Hörmətlə,

Quliyev Həkimxan Qaraş oğlu

Azərbaycan Respublikası, Füzuli rayonu, Doqquzuncu Qayıdış qəsəbəsi.