23 oktyabr 2021, 13:00

Bəhram Nəcəfovdan, Qubadlı, Azərbaycan


Hörmətli cənab Prezident.

Sizi müzəffər Ordunun Müzəffər Ali Baş Komandanı kimi Qubadlı rayonunun Balahəsənli kəndinin sakinləri adından qarşıdan gələn Zəfər günü münasibəti ilə təbrik edirik.

XXI əsrin ilk rübündə nəinki regionda, həmçinin dünyada yeni bir reallıq yaradaraq tarix yazdınız. Azərbaycan xalqı Sizin yürütdüyünüz daxili və xarici siyasəti dəstəkləyir və gələcəkdə də dəstəkləməyə davam edəcəkdir.

Doğma Qubadlının düşmən tapdağından azad olunmasının 1 ilinin tamam olmasına sayılı günlər qalıb. Əminik ki, Sizin siyasi, hərbi və iqtisadi səriştəniz sayəsində gələcəyimizi ata-baba torpaqlarımızda yaşayacağıq və bu gələcək çox yaxındadır.

Bir vətəndaş olaraq Böyük Qayıdışın tezləşməsi üçün müsəlləh bir əsgər kimi əmrlərinizə hazırıq.

Allah Sizi, ailənizi və qalib Ordumuzu qorusun.

Hörmətlə,

Bəhram Nəcəfov

Azərbaycan Respublikası, Qubadlı rayonu, Balahəsənli kəndi.