23 oktyabr 2021, 15:51

Nəriman Əsədovdan, Qubadlı, Azərbaycan


Hörmətli cənab Prezident.

Dünya tarixində görünməmiş 44 günlük müharibə ilə bütün dünyada fatehlər fatehi kimi tanındınız.

Xalqımız Sizinlə qürur duyur. Müharibə dövründə yaşadığımız sevinc doğma torpaqlarımızda aparılan quruculuq işləri ilə birə-beş artır. Biz məcburi köçkünlərə bu sevinci yaşatdığınız üçün Qubadlı rayon Başarat kəndinin sakinləri adından dərin təşəkkürümüzü bildiririk.

Sizin rəhbərliyinizlə bərpa işləri tez bir zamanda öz həllini tapacaq. Hər bir Qubadlı sakini öz doğma evində ailənin bir üzvü olaraq Sizi qonaq qəbul etməyə hazırdır.

Bir daha Sizə və ailə üzvlərinizə minnətdarlığımızı bildiririk, Sizlərə Allahdan üzün ömür, cansağlığı arzulayırıq.

Hörmətlə,

Əsədov Nəriman Əhməd oğlu

Azərbaycan Respublikası, Qubadlı rayonu, Başarat kəndi.