23 oktyabr 2021, 11:22

Fazil Qasımovdan, Füzuli, Azərbaycan


Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyiniz və komandanlığınız altında Azərbaycan Ordusunun 44 gün ərzində 30 ilə yaxın erməni vandallarının işğal altında qalan Qarabağı - bizim ata-baba torpaqlarımızı azad etməsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Komandanı olduğunuz Azərbaycan Ordusu regionda uzun müddət mövcud olan geosiyasi vəziyyəti köklü olaraq Azərbaycanımızın xeyrinə dəyişdi.

İşğaldan azad olunmuş bölgələrimizə Müzəffər Ali Baş Komandan kimi tarixi səfərləriniz və oradan bütün dünyaya verdiyiniz mesajlar isə Azərbaycanın bu tarixi torpaqlarının sabahkı xoş gələcəyindən xəbər verir.

Biz Sizinlə fəxr edirik, cənab Prezident.

Tanri Sizi və Ordumuzu qorusun.

Hörmətlə,

Qasımov Fazil Musa oğlu

Qarabağ müharibəsi qazisi

Azərbaycan Respublikası, Füzuli rayonu, Divanlılar kəndi.