23 oktyabr 2021, 11:50

Zamin Nəcəfovdan, Qubadlı, Azərbaycan


Hörmətli cənab Prezident.

Azərbaycan tarixində silinməz izlər buraxan 44 günlük Vətən müharibəsində qazanılan Qələbədə Sizin misilsiz xidmətləriniz danılmazdır. Siz Azərbaycanın bütövlüyünü və müstəqilliyini qoruyub saxlayan, Vətən müharibəsinin taleyini həll edən əsil sərkərdəsiniz.

Yurd həsrəti ilə yaşayan qubadlılıların ən böyük arzusu doğma yurdlarına qayıtmaq idi. Biz bu günü uzun illər həsrətlə gözləyirdik. Siz bu günü yaşatmaqla bizə sonsuz sevinc və xoşbəxtlik bəxş etdiniz.

Siz hər zaman xalqımızın yanında olduğunuz kimi, biz də daim Sizinləyik.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Nəcəfov Zamin Dədəkişi oğlu

Azərbaycan Respublikası, Qubadlı rayonu, Əliquluuşağı kəndi.