23 oktyabr 2021, 11:00

Elxan Mehdiyevdən, Qubadlı, Azərbaycan


Möhtərəm cənab Prezident.

Dünya tarixində görünməmiş 44 günlük müharibədə nəinki mənfur düşmənimiz olan ermənilərə, hətta onların havadarları olan ermənipərəst ölkələrə göz dağı verərək qalib gəldiniz.

Dünya tarixində çox böyük fatehlər olmuşdur. Müharibədə göstərdiniz qəhrəmanlıqlara görə Sizin adınız həmin fatehlərlə bir sırada çəkilir. Siz dünyaya göstərdiniz ki, biz özgə torpağında gözü olmayan, öz torpağı uğrunda canından keçən millətik. Hərbiçilərimizin böyük şücaəti nəticəsində alınmaz sayılan Şuşa qalasını geri qaytardıq. Dünya tarixində belə əməliyyat olmamışdır.

Möhtərəm Prezident, biz məcburi köçkünlərə bu sevinci yaşatdığınız üçün Qubadlı rayon Göyərcik kəndinin sakinləri adından dərin təşəkkürümüzü bildiririk.

Sizin rəhbərliyinizlə təmir-bərpa işləri tez bir zamanda öz həllini tapacaq və hər bir Qubadlı sakini öz doğma evində ailəmizin bir üzvü olaraq Sizi qonaq qəbul etməyə hazırdır.

Ümidvarıq ki, tez bir zamanda Sizin rəhbərliyinizlə doğma yurd-yuvamıza qayıdacağıq.

Bir daha Sizə və ailə üzvlərinizə minnətdarlığmızı bildiririk, Allahdan uzun ömür, cansağlığı arzulayırıq.

Hörmətlə,

Mehdiyev Elxan Mehdi oğlu

Azərbaycan Respublikası, Qubadlı rayonu, Göyərcik kəndi.