23 oktyabr 2021, 10:00

Mütalib Yaqubovdan, Qubadlı, Azərbaycan


Möhtərəm cənab Prezident.

Azərbaycan xalqı bu gün çox xoşbəxtdir. Çünki, müharibədə qalib gəlmiş, uzun illər həsrətində olduğu doğma torpaqlarını işğaldan azad etmişdir. Biz buna Sizin rəhbərliyinizlə həyata keçirilən məqsədyönlü işlərin sayəsində nail olmuşuq. Bizim Ordunun maddi-texniki hazırlığı və vətənpərvərlik ruhu çox yüksək səviyyədədir, çünki bu Ordunun Müzəffər Ali Baş Komandanı Sizsiniz. Sizin qətiyyətiniz, iradəniz, Vətən sevginiz hər bir əsgəri daha dözümlü olmağa, Vətən üçün hər an canla-başla vuruşmağa səsləyir.

Sizi çox istəyirik və daim Sizinləyik. Sizin yorulmadan, gecə-gündüz demədən çalışmağınızın nəticəsidir ki, Azərbaycanın bütün regionlarında quruculuq və abadlıq işləri gedir. Bir daha Sizə təşəkkürümü bildirirəm.

Hörmətlə,

Yaqubov Mütalib Bulud oğlu

Azərbaycan Respublikası, Qubadlı rayonu, Saldaş kəndi.