22 oktyabr 2021, 17:00

Orxan Mirzəxanlıdan, Qubadlı, Azərbaycan


Hörmətli cənab Prezident.

Sizin Ali Baş Komandanlığınızla rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi Qələbə hər bir azərbaycanlını çox sevindirir. İllərdir həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasətiniz bu gün də öz bəhrəsini verir. Biz də bu siyasətinizi dəstəkləyirik və bu yolda üzərimizə düşən öhdəlikləri layiqincə yerinə yetirməyə çalışırıq. Sizin sayənizdə Ermənistanın işğalçılıq siyasəti, vandal rəftarı, terrorçu və antihumanist addımları dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılır. Son vaxtlar informasiya müharibəsi zəminində bu iş daha da intensivləşdirilmişdir.

Sizin "Qarabağ Azərbaycandır!" şüarınız beynəlxalq aləmdə milli devizimizə çevrilib. Azərbaycan xalqı Sizin arxanızdadır.

Hörmətli cənab Prezident, Sizin mövqeyinizi hər zaman dəstəkləyirik.

Hörmətlə,

Mirzəxanlı Orxan Çingiz oğlu

Azərbaycan Respublikası, Qubadlı rayonu.