22 oktyabr 2021, 16:30

Cavid Sərxanovdan, Qubadlı, Azərbaycan


Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan tarixində silinməz izlər buraxdı. Bu Qələbədə Sizin misilsiz xidmətləriniz danılmazdır. Biz bu Qələbəyə Sizin praqmatik siyasətiniz və müdrik qərarlarınız sayəsində addım-addım yaxınlaşırdıq. Nəhayət o gün gəldi və bütün xalqımız sevincə qərq oldu.

Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, xalqımızın milli qüruru bərpa olundu. Siz Vətən müharibəsinin taleyini həll edən əsl sərkərdəsiniz. Eşq olsun Sizə, Müzəffər Ali Baş Komandan.

Uca Allah Sizi, ölkəmizi və xalqımızı qorusun. Allaha şükürlər olsun ki, Siz Azərbaycan xalqının liderisiniz və xalqımız bir nəfər kimi Sizin yanınızdadır.

Hörmətlə,

Cavid Sərxanov

Azərbaycan Respublikası, Qubadlı rayonu. Məlikəhmədli kəndi