22 oktyabr 2021, 15:30

Mahir Allahverdiyevdən, Qubadlı, Azərbaycan


Müzəffər Ali Baş Komandan.

Doğma torpaqlarımızın mənfur düşmənin işğalından azad edilməsi üçün verdiyiniz əmr şanlı Ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlarla başa çatdırıldı. Düşmənin ordusu darmadağındır, yüzlərlə döyüş texnikaları məhv edildi. Biz qubadlılılar inanırdıq ki, Azərbaycan xalqının 30 illik nisgilinə Sizin rəhbərliyinizlə son qoyulacaq və bütün torpaqlarımız işğaldan azad ediləcək. Bu inamımızın yanlış olmadığını gördük və çox böyük qürur hissi yaşadıq. İndiki və gələcək nəsillərin xoşbəxtliyi üçün atılan bu addım xalqımız tərəfindən böyük qələbə sevinci ilə qeyd edilir. Azərbaycan Ordusu Sizin Ali Baş Komandanlığınızla düşmən üzərində layiqli Zəfər çaldı. Bu Zəfər Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı.

Torpağın qədrini bilmək, ona sahib çıxmaq müqəddəs işdir. Bu müqəddəs işinizdə Ulu Tanrı Sizə hər zaman yardımçı olsun. Allah Sizi qorusun.

Hörmətlə,

Allahverdiyev Mahir Qafar oğlu

Azərbaycan Respublikası, Qubadlı rayonu.