22 oktyabr 2021, 15:00

Bəhruz Sərməsovdan, Qubadlı, Azərbaycan


Hörmətli cənab Prezident.

Sizin yüksək idarəçiliyiniz, qətiyyətiniz və siyasi iradəniz, şanlı Ordumuzun şücaəti, xalqımızın həmrəyliyi sayəsində İkinci Qarabağ müharibəsində tarixi Qələbə əldə etdik. Mənfur düşmənin tapdağı altında qalan dədə-baba torpaqlarımızın işğalına son qoyuldu, 30 illik Vətən həsrətimiz sona çatdı, üzərimizdən “məcburi köçkün” adı götürüldü. Bütün bunlar dəmir yumruğunuz ətrafında sıx birləşən xalqımızın Sizə olan inamını, məhəbbətini daha da möhkəmləndirdi. Siz bizim fəxrimiz, Milli Qəhrəmanımızsınız.

Müzəffər Ali Baş Komandan, işğaldan azad olunmuş ərazilərimizdə Sizin bilavasitə nəzarətinizlə görülən işlər ürəyimizi dağa döndərir. Çox sevinirik ki, Siz bu işlərə dərhal başlamaqla bağlı göstəriş verdiniz. Bu, Sizin Vətənə bağlılığınızın, yüz minlərlə soydaşımızın doğma yurdlarına qayıtmaq arzusuna verdiyiniz dəyərin göstəricisidir. Biz Sizə güvənirik, Sizi sevirik və dəstəkləyirik. Allah Sizə hər zaman kömək olsun.

Hörmətlə,

Sərməsov Bəhruz Soltan oğlu

Azərbaycan Respublikası, Qubadlı rayonu, Qilican kəndi.