22 oktyabr 2021, 14:30

Süleyman İsmayılovdan, Füzuli, Azərbaycan


Hörmətli cənab Prezident.

Sizin 44 günlük Vətən müharibəsində xalqı yumruq kimi birləşdirərək rəşadətli ordumuzla qazandığınız Qələbə bütün dünyanı heyran qoydu. Mənfur düşmən məhv edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu və adınız tariximizə qızıl hərflərlə yazıldı. Sizin sayənizdə biz qalib ölkənin vətəndaşlarıyıq. Qalib ölkənin vətəndaşı olmaq həqiqətən də böyük şərəfdir, xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə yaşatdığınıza görə Sizə minnətdarıq.

Hörmətli Prezident, şəhərlərimizin, qəsəbələrimizin işğaldan azad edilməsinin ildönümlərində Mehriban xanımla birlikdə həmin yerlərə səfərləriniz, ictimaiyyətin nümayəndələri ilə görüşləriniz xalqımız tərəfindən böyük rəğbətlə və minnətdarlıqla qarşılanır. Siz azad edilmiş ərazilərdə qısa müddətdə xəyalımıza gəlməyən xariqələr yaratdınız. Doğma Füzuli rayonumuzda da bunun şahidi oluruq. Gördüyünüz bu böyük işlər sübut edir ki, Siz həqiqətən də Vətənini, xalqını dərin məhəbbətlə sevən lidersiniz. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var.

Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin.

Hörmətlə,

İsmayılov Süleyman Adil oğlu

Azərbaycan Respublikası, Füzuli rayonu, Böyük Bəhmənli kəndi.