22 oktyabr 2021, 13:42

Sənan Bayramlı və Əli Ələsgərovdan, Qubadlı, Azərbaycan


Möhtərəm cənab Prezident.

Sizin sayənizdə Qarabağ, həmçinin Qubadlı rayonu düşməndən azad olundu. Bunun dəyəri bizim üçün olduqca böyükdür. Axı doğma torpaqdan qiymətli nə ola bilər?!

Siz qısa bir müddətdə həm torpaqlarımızı işğaldan azad etdiniz, eyni zamanda, həmin ərazilərin bərpasına başladınız. Bu, Sizin qətiyyətinizin, möhkəm iradənizin təcəssümüdür.

Hörmətli cənab Prezident, 30 ildən sonra azad edilmiş Qarabağ torpaqlarında Azərbaycan və Türkiyə Prezidentləri arasında bağlanmış 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsini Azərbaycan və Türkiyə dövlətləri arasında bağlanmış ən dəyərli saziş hesab edirik.

Əziz Prezidentimiz, işğaldan azad edilmiş Qubadlı şəhərinin və rayonun kəndlərinin yenidən qurulması üçün gördüyünüz işlərə, göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Bayramlı Sənan Tacəddin oğlu

Ələsgərov Əli Həşim oğlu

Azərbaycan Respublikası, Qubadlı rayonu, Hal kəndi.