22 oktyabr 2021, 13:00

Rza Abasquliyev və başqalarından, Bakı, Azərbaycan


Hörmətli cənab Prezident.

Yaradıcılığımızı yüksək qiymətləndirərək bizə “Əməkdar artist” fəxri adı verdiyiniz üçün Sizə təşəkkür edirik.

Sizin bu diqqətiniz bizim üçün mühüm stimul, eyni zamanda, böyük etimaddır. Bu etimadı doğrultmaq və növbəti yaradıcılıq uğurları qazanmaq uçun daha həvəslə, daha çox çalışacağıq.

Əziz Prezidentimiz, Azərbaycan mədəniyyətinə və incəsənətinə olan misilsiz qayğınıza görə Sizə bir daha təşəkkür edirik.

Hörmətlə,

Rza Abasquliyev

Nicat Salmanov

Səadət Xəlilova

Əməkdar artistlər

Azərbaycan Respublikası, Bakı şəhəri.