22 oktyabr 2021, 12:45

Tural Məmmədov və başqalarından, Qubadlı, Azərbaycan


Çox hörmətli sevimli Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız.

Siz xalqımızın neçə illərdir sızlayan ağır, sağalmaz deyilən yarasına məlhəm oldunuz, başımızı göylərə ucaltdınız. Azərbaycan xalq bu gün çox məğrur, çox qürurlu xalqdır.

Sizin “dəmir yumruğ”unuzun gücü sayəsində, 44 günlük Vətən müharibəsində sərgilənın milli birlik və əsgərlərimizin şücaəti hesabına bütün torpaqlarımız kimi, Qubadlı da işğaldan azad edildi, qubadlılıların 28 illik Vətən həsrətinə son qoyuldu.

Sizə dərin ehtiramla öz minnətdarlığımızı bildiririk, Müzəffər Ali Baş Komandan.

Hörmətlə,

Məmmədov Tural

Nəbiyev Taleh

Məmmədova Sevil

Azərbaycan Respublikası, Qubadlı rayonu, Aşağı Mollu kəndi.