22 oktyabr 2021, 12:30

Tamilə Nəcəfova və Rahil İbişovdan, Qubadlı, Azərbaycan


Hörmətli cənab Prezident.

Siz xalqın sevimlisi, güclü siyasətçi olaraq qüdrətli ordu qurmaqla Azərbaycanın ərazi bütövlüyünün bərpa etdiniz, işğalda olan torpaqlarımızı azad etdiniz.

Bu gün biz ata yurdumuza ayaq basa bilirik və bunun üçün Sizə hörmət və sevgi ilə minnətdarlığımızı bildiririk.

Bu Qələbə Sizin - Müzəffər Ali Baş Komandanın qazi və şəhidlərimizin uğurudur.

Cənab Prezident, Siz bu Qələbə ilə yanaşı, ölkəmizi hər sahədə bütün dünyada tanıtdırdınız.

Biz sıravi bir əsgər olaraq cənab Prezidentimizin, Ali Baş Komandanımızın hər bir əmrinə hazırıq.

Hörmətlə,

Nəcəfova Tamilə Xanış qızı

İbişov Rahil Teyyub oğlu

Azərbaycan Respublikası, Qubadlı rayonu, Tatar kəndi.