22 oktyabr 2021, 12:15

Həbib Həbibovdan, Qubadlı, Azərbaycan


Hörmətli cənab Prezident.

Sizi işğaldan azad olunan rayonlarımızda görməyimizə çox şad oluruq. Bütün Azərbaycan xalqı Sizinlə fəxr edir. Siz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməklə yanaşı, Azərbaycan xalqına öz milli qürurunu qaytardınız. Siz həm beynəlxalq hüququ, həm də insani ədaləti bərpa etdiniz. Otuz il həsrətini gözlədiyimiz Qarabağımızın, Qubadlımızın və işğal altında olan digər torpaqlarımızın azad olunması Sizin uğurlu liderliyinizin, müdrik siyasətinizin göstəricisidir. Biz əminik ki, Qubadlı rayonu və kəndləri əvvəlkindən daha gözəl olacaq.

Hörmətli cənab Prezident, Azərbaycan xalqını bugünkü Qələbəyə Siz çatdırmısınız. Sizin rəhbərliyinizlə ölkəmiz bundan sonra daha da sürətlə inkişaf edəcək. Sizin və Mehriban xanımın Azərbaycan xalqına olan qayğısını hər zaman hiss edirik.

Ulu Yaradan Ümummilli Liderimizin layiqli davamçısı kimi Sizi və Azərbaycan xalqını qorusun.

Hörmətlə,

Həbib Həbibov

Azərbaycan Respublikası, Qubadlı rayonu.