22 oktyabr 2021, 11:27

Mikayıl Səfərovdan, Cəlilabad, Azərbaycan


Hörmətli cənab Prezident.

Sizin müdrik siyasətinizin və apardığınız düzgün islahatların nəticəsi olaraq respublikamızın regionlarında gedən inkişafın şahidi oluruq. Bu görülən işlər doğma Cəlilabadımızdan da yan keçmir.

Son dövrlər rayonumuzda aparılan sosialyönümlü layihələr, həmçinin Vətən müharibəsində qazanılan Qələbəmizdə böyük payları olan şəhid və qazi ailələrinə yüksək diqqət və qayğı təqdirəlayiqdir.

Dövlətimizin çiçəklənməsi və inkişafı naminə gördüyünüz bütün işlərinizdə Sizə yeni uğurlar arzulayır, dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Səfərov Mikayıl Vəli oğlu

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Mikayıllı kəndi.