21 oktyabr 2021, 17:48

Məhyəddin Şərifovdan, Qubadlı, Azərbaycan


Hörmətli cənab Prezident.

Biz Laçınsız, Kəlbəcərsiz, Ağdamsız, Qubadlısız, Zəngilansız, Şuşasız qala bilmirdik. Həyatımız sanki zülmətə qərq olmuşdu. Oralara dönəcəyimiz günlərin eşqi ilə yaşayırdıq. Sizin - Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuz bu vəzifəni yerinə yetirdi. 44 günlük döyüşlərdə erməni işğalçıları torpaqlarımızdan qovuldu.

Hazırda torpaqlarımızda minatəmizləmə işləri aparılır, yollar çəkilir, abadlıq işləri görülür. Biz qubadlılılar da Sizə dərin təşəkkürümüzü bildirir, səbrsizliklə böyük qayıdış gününü gözləyirik.

Sizə və Mehriban xanıma cansağlığı, xoşbəxtlik arzulayırıq.

Hörmətlə,

Şərifov Məhyəddin Lətif oğlu

Azərbaycan Respublikası, Qubadlı rayonu, Dəmirçilər kəndi.