21 oktyabr 2021, 17:18

İfrat Sədiyevdən, Qubadlı, Azərbaycan


Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Mən Birinci Qarabağ müharibəsində şəhid olmuş Sədiyev Mətləbin atasıyam. Bu məktubu Sizə məmnuniyyətlə yazıram. Nəhayət, şəhidlərimizin qanı yerdə qalmadı, torpaqlarımız azad olundu. Şəhidlərimizin ruhu indi şaddır.

Bu sevinci bizə bəxş etdiyinizə, Qubadlını - doğma yurdumuzu bizə qaytardığınıza görə Sizə təşəkkürümü bildirir, “çox sağ olun” deyirəm.

Hörmətlə,

Sədiyev İfrat Məhəmmədəli oğlu

Azərbaycan Respublikası, Qubadlı rayonu, Dəmirçilər kəndi.