21 oktyabr 2021, 18:30

Qənbər Şahbazovdan, Füzuli, Azərbaycan


Hörmətli cənab Prezident.

Birinci Qarabağ müharibəsi zamanı orduda vahid komandanlıq olmaması səbəbindən torpaqlarımızı itirdik. Lakin Ulu Öndərimiz və Siz xalqımızın heç bir zaman torpaqlarımızın işğalı ilə barışmayacağını bildirərək ölkəmizin hərbi və siyasi qüdrətinin artırılması istiqamətində misilsiz işlər gördünüz.

30 il ərzində işğal altında olan torpaqlarımız məhz ulu öndərimiz Heydər Əliyevin və Sizin apardığınız siyasət nəticəsində işğaldan azad edildi, Azərbaycan dünyanın qabaqcıl ölkələrindən birinə çevrildi və hazırda qalib ölkə kimi tanınır.

Sizin Azərbaycan Ordusunun daha da gücləndirilməsini, ölkəmizin sosial iqtisadi inkişafını və digər mühüm məsələləri daim diqqətdə saxladığınızın şahidiyik və Sizinlə fəxr edirik.

Əziz Prezidentimiz, apardığınız daxili və xarici siyasəti bütünlüklə dəstəkləyirik və daim Sizin yanınızdayıq. Sizə cansağlığı və böyük nailiyyətlər arzu edirik.

Uca Tanrı Sizi və Azərbaycanımızı qorusun.

Hörmətlə,

Şahbazov Qənbər Dadaş oğlu

Azərbaycan Respublikası, Füzuli rayonu, Zobucuq qəsəbəsi.