22 oktyabr 2021, 12:00

Zeynəb İsgəndərovadan, Qubadlı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin komandanlığınızla əfsanəvi “Dəmir yumruq” əməliyyatı Azərbaycan xalqının tarixində silinməz iz qoydu. Yüksək uzaqgörənliklə düşünülmüş siyasi taktika və yenilməz mübarizə əzmi İkinci Qarabağ müharibəsində parlaq Qələbəmizə gətirib çıxardı, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Sizin qətiyyətiniz və siyasi iradənizlə dünya bir daha xalqımızın birliyinin, dövlətimizin gücünün, ordumuzun məğlubedilməzliyinin şahidi oldu. Həm döyüş meydanında, həm siyasi müstəvidə qazandığınız uğurlar, sözün əsl mənasında, düşmənin belini qırdı. Bizə bu sonsuz sevinci, möhtəşəm Qələbəni yaşatdığınıza görə Sizə minnətdarıq. Siz düşmən tapdağı altındakı torpaqlarımızı ulu öndər Heydər Əliyevin vəsiyyətinə uyğun olaraq işğaldan azad etməklə milyonlarla azərbaycanlını əlçatmaz saydığı arzusuna çatdırdınız. Sizin sayənizdə ərazi bütövlüyünə qovuşmuş Azərbaycan dövlətinin vətəndaşı olmaqdan qürur duyuruq. Fəxr edirik ki, Sizin kimi qətiyyətli, uzaqgörən, yüksək intellektli liderimiz var.

Uca Allah Sizi qorusun.

Hörmətlə,

İsgəndərova Zeynəb Balış qızı

Azərbaycan Respublikası, Qubadlı rayonu, Balasoltanlı kəndi.