Gerb

02 avqust 2010, 13:01
W1siziisijiwmtuvmdyvmtuvchhsawhkewrwxzg5ms5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=4dba3ad502575c0f

Prezident Sarayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ilə Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin arasında görüş keçirilmişdir.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə bu ilin yanvarında Bakıda keçirilmiş Humanitar Forumdan sonrakı müddətdə iki ölkənin mövcud strukturları arasındakı əlaqələr müzakirə edilmiş, həmin Forumun gələcəkdə Beynəlxalq Humanitar Forum kimi mütəmadi surətdə təşkil olunması və keçirilməsi ilə bağlı iki ölkə prezidentlərinin təşəbbüsünə uyğun olaraq bəzi təşkilati məsələlər və onların həyata keçirilməsinin detalları haqqında fikir mübadiləsi aparılmışdır.

Müzakirələr zamanı Forumun hər il sentyabr ayında Bakı şəhərində, “Bakı Beynəlxalq Humanitar Forumu” adı ilə yaxın və uzaq xarici ölkələrdən dəvət olunmuş nüfuzlu elm, təhsil, mədəniyyət, incəsənət, ictimai-siyasi və digər nümayəndələrin iştirakı ilə keçirilməsi qərara alınmışdır.

Administrasiya rəhbərlərinin görüşündə Azərbaycan və Rusiya arasındakı ikitərəfli münasibətlərin digər aktual məsələləri də müzakirə olunmuş və qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı ümumi razılığa gəlinmişdir. Xüsusən, iki ölkə arasında ictimai-siyasi, iqtisadi, mədəniyyət, informasiya və s. sahələrdə ikitərəfli və çoxtərəfli məsələlərlə bağlı birgə və ortaq maraqlardan çıxış edərək, səmərəli qarşılıqlı fəaliyyətin formalaşdırılması ilə bağlı məsələlər müzakirə olunmuşdur.


Böyük ölçüdə