16 oktyabr 2021, 16:50

Elmin Eminovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident.

Torpaqlarınızın işğaldan azad edilməsinə nail olduğunuz üçün Sizə təşəkkür edirik. Fəxr edirik ki, Sizin kimi xalqına, millətinə sadiq rəhbərimiz var. Siz qısa bir müddətdə həm torpaqlarımızı işğaldan azad etdiniz, həm də dərhal həmin ərazilərin bərpasına başladınız. Bu Sizin qətiyyətinizin, möhkəm iradənizin təcəssümüdür.

Yaşadığımız şanlı zəfər sevinci, Sizin rəhbərliyinizlə Qarabağın azad edilməsi hamımızda böyük ruh yüksəkliyi yaratmışdır.

Əziz Prezidentimiz, xalqımızın rifahı naminə gördüyümüz işlərə, göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımı bildiririk.

Tanrı Sizi qorusun!

Hörmətlə,

Eminov Elmin Rasim oğlu

Qubadlı rayonundan məcburi köçkün

Azərbaycan Respublikası, Sumqayıt şəhəri